Sabirabadda traktor qoşqusunun suya aşması nəticəsində 5 nəfər boğularaq ölüb
Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 5 nəfərin boğularaq öldüyü bildirilir.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.
Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.
Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.
***
09.51
Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 5 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.
İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.
***
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərə görə, ilkin məlumata əsasən, Şəhriyar kəndində baş verən qəzada 6 nəfər ölüb.
Məlumat yenilənəcək.
1303 dəfə oxundu