Sabirabadda faciə - Yeni doğulan 2 körpə eyni vaxtda öldü

Sabirabadda faciə -

Sabirabadda körpə ölümü qeydə alınıb. Gundeminfo.az apa-ya istinadən xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində 2 körpə doğuşdan sonra ölüb.

Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlu səhər saatlarında keçinib.

Həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saatdan sonra ölüb.

Körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...