Həsənağa Sadıqov un vəziyyəti ağırlaşıb
Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun vəziyyəti ağırlaşıb.
Modern.az-ın xəbər verir ki, bu haqda “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynov məlumat yayıb.
Hacı Nuran sosial şəbəkədəki hesabında əvvəlcə sənətkarın vəfat etdiyini yazmışdı. Az sonra Həsənağa Sadıqovun oğlu ilə danışdığını, sənətkarın dünyasını dəyişmədiyini qeyd edib.
Qeyd edək ki, 67 yaşlı sənətkar uzun müddətdir yataqda müalicə olunur. O, xərçəng xəstəliyindən əziyyət çəkir...
Həsənağa Sadiqov 1950-ci il dekabırın 7-də Salyan şəhərində müğənni ailəsində anadan olub. Onun atası və babası milli aşıq sənətilə məşğul olublar.
Həsənağa Sadıqov hələ 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində çalmağı istedadlı musiqiçilərdən öyrənməyə çalışar, özü də çalardı. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məhşurlaşmışdı.
Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universititetini "Mədəni-marif işi" ixtisası üzrə bitirib.
Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.
1988-cu ildə Həsənağa Sadıqova Azərbaycanın Əməkdar Mədəniyyət işçisi fəxri adı verilib. Onun köməklik və təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb və bu gündə fəaliyyət göstərirdi.
1007 dəfə oxundu