Tanınmış idmançının evindən oğurluq edən qadın məhkəməyə məcburi gətiriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Bizimyol.info xəbər verir ki, tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda ittiham edən şəxslərin cinayət işi hakim Azad Məcidovun sədrlik ediyi kollegiya tərəfindən araşdırılır.
Prosesdə barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş təqsirləndirilən N.Fərəcovanın məhkəməyə gəlmədiyi elan olunub.V əkili Gülşən Salmanova bildirib ki, buna səbəb N.Fərəcovanın xəstəxanaya yerləşdirilməsidir. O qeyd edib ki, N.Fərəcovanın səhhəti anidən pisləşib.
Zərərçəkmiş F.Əzizova da buna etiraz edərək bildirib ki, N.Fərəcovanın məhkəməni uzatmaq üçün belə edir: “Ayın 17-də beynəlxalq turnirdə iştirak edəcəm. Buna görə gələ bilməyəcəm”.
Məhkəmə təqsirləndirilən N.Fərəcova barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Növbət iclası oktyabrın 10-na təyin edilib.
Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini tələb etmişdi.
Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini tələb etmişdi.
Hadisə ötən ilin sentyabrında baş verib. Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.
Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.
İttihamda yazılır ki, Nicat İsrafilov oğurluq hadisəsindən sonra Lerik rayonu ərazisindən sərhəddən qanunsuz olaraq İrana keçib. Oradan da qaçaq yolla Türkiyənin Iğdır şəhərinə gedib. Daha sonra Ərzurum şəhərinə gedən zamanı polis tərəfindən sənədləri olmadığı üçün saxlanılıb. N.İsrafilov Azərbaycama deportasiya edilib.
F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.
1166 dəfə oxundu