Azərbaycanda 5 bankın bağlanma təhlükəsi sovuşdu – 2020-ci ilə qədər vaxt verildi
Azərbaycan bankları rahat nəfəs ala bilər – VAXT VERİLDİ
Azərbaycanda kapitalizasiya problemi olan banklara problemi həll etmək üçün vaxt veriləcək. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının idarə heyəti sədrinin 1-ci müavini Alim Quliyev bildirib.
Onun sözlərinə görə, bank sektorunun sağlamlaşdırılması məqsədilə bankların kapitalizasiyasının nəzarətdə saxlanılması, problemli aktivlərin idarə edilməsi, bankların fəaliyyəti üzərində nəzarətin və kreditorların hüquqlarının müdafiə mexanizminin təkmilləşdirilməsi, pul bazarının və qiymətli kağızlar bazarının inkişafı kimi əhəmiyyətli tədbirlərin icrası nəzərdə tutulur.
«Bu tədbirlər çərçivəsində 2018-2020-ci illər ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcək və müəyyən olunmuş vaxt çərçivəsində kapitalizasiya prosesi tamamlanacaq».
Başqa sözlə, kapitalizasiya probleminin həlli üçün banklara daha 2 il – 2020-ci ilədək vaxt verilir.
Xatırladaq ki, ölkədə bank kapitalı ilə bağlı tələb minimum 50 milyon manatdır. 2018-ci ilin ilk yarım ilini nəticələrinə görə, 5 bankın məcmu kapitalı 50 milyon manatdan aşağıdır.
750 dəfə oxundu