Biz ABŞ-la sövdələşməyə hazırıq - Pezeşkian

Biz ABŞ-la sövdələşməyə hazırıq -
İran prezidenti Məsud Pezeşkian Tehranın milli maraqlarını qorumaq şərti ilə ABŞ-la danışıqlardan sonra bərabər şərtlərlə saziş bağlamağa hazır olduqlarını vurğulayıb.

Modern.az xəbər verir ki, İranın Daxili İşlər Nazirliyində əyalət valiləri ilə görüşdə Pezeşkian öz administrasiyasının digər ölkələr, xüsusilə islam və qonşu dövlətlərlə siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına sadiqliyini təsdiqləyib.

"Biz digər ölkələrlə qarşılıqlı hörmətə əsaslanan konstruktiv qarşılıqlı fəaliyyətə çalışırıq", - o qeyd edib.

ABŞ-la aparılan dolayı danışıqları şərh edən prezident deyib: “Biz ABŞ-la müəyyən çərçivələr çərçivəsində milli maraqlarımızın müdafiəsi ilə sövdələşməyə hazırıq.

Lakin onlar bizimlə bərabərhüquqlu danışıqlar aparmaq istəməsələr, biz öz yolumuzdan dönməyəcəyik", - İran prezidenti əlavə edib.

İranın ali lideri Seyid Əli Xamneinin bəyanatlarından sonra Pezeşkian da deyib ki, İran ABŞ-la danışıqlara nə optimist yanaşır, nə də bədbin.

İran və ABŞ nümayəndə heyətləri İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək və İrana qarşı sanksiyaları ləğv etmək məqsədi ilə son iki həftə ərzində Maskat və Romada iki raund danışıqlar aparıblar.

Tərəflər aprelin 23-də Omanda ekspertlər səviyyəsində texniki danışıqlara başlamaq barədə razılığa gəliblər. Aprelin 26-da növbəti görüş keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...