Putin koreyalı hərbçilərə təşəkkür etdi

Putin koreyalı hərbçilərə təşəkkür etdi
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyaya, onun lideri Kim Çen İnə və Koreya Xalq Ordusunun bölmələrinə Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsində göstərdikləri köməyə görə minnətdarlığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Koreyalı dostlar həmrəylik, ədalət və həqiqi yoldaşlıq hissindən çıxış etdilər. Bunu yüksək qiymətləndiririk və şəxsən yoldaş Kim Çen İnə, KXDR-in bütün rəhbərliyinə və xalqına səmimi minnətdarlığımızı bildiririk. Rus əsgərləri ilə çiyin-çiyinə vətənimizi öz vətəni kimi müdafiə edən koreyalı əsgərlərin qəhrəmanlığına, yüksək səviyyəli xüsusi hazırlığına və fədakarlığına hörmətlə yanaşırıq”, - Putin qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...