ABŞ-nin nüfuzlu universitetləri Tramp administrasiyasına qarşı birləşiblər

ABŞ-nin nüfuzlu universitetləri Tramp administrasiyasına qarşı birləşiblər
ABŞ-nin bir neçə nüfuzlu ali təhsil müəssisəsi ölkə Prezidenti Donald Tramp administrasiyasının siyasətinə qarşı etirazlarını əlaqələndirmək üçün birlik yaradıb.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qeyri-rəsmi qrupa 10-a yaxın ali təhsil müəssisəsi daxildir. Birliyə daxil olan universitetlərin əksəriyyəti demokratlara meyl edən ştatlarda yerləşir. Qəzet yazır ki, qrupun öz siyasətini koordinasiya etməsi və universitetlərin federal hakimiyyət orqanlarına nə dərəcədə güzəştə getməyə hazır olduğunu müəyyən etməsi gözlənilir.

Nəşr qeyd edib ki, universitetlər birliyi artıq “akademik müstəqilliyi” müdafiə edəcək, o cümlədən tələbələrin qəbulu, işçilərin işə götürülməsi və tədris prosesinin təşkili prosedurlarına nəzarəti saxlamağa çalışacaq.

Martın ortalarında ABŞ-nin Təhsil Nazirliyi 60 universitetinin yəhudi tələbələri etirazlardan qoruya bilməyəcəkləri təqdirdə, bunun nəticələri barədə xəbərdarlıq etmişdi. Bu bildirişlərə altı universitet daxil idi: Braun, Harvard, Yel, Kolumbiya, Kornell və Prinston.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...