Keçmiş icra başçısının Avstriyadakı biznes imperiyası - "Belezza" Vyanada

Keçmiş icra başçısının Avstriyadakı biznes imperiyası -
Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyev biznesdəki mövqeyini büynəlxalq müstəvidə gücləndirərək Avstriyada yeni bir mebel mağazası açıb. 2023-cü ilin oktyabr ayında Vyanada fəaliyyətə başlayan "Belezza Design & Concept GmbH", bu addımı ilə Ziyəddin Əliyevin beynəlxalq bazarlarda fəaliyyətini genişləndirdiyini göstərir.

Avropada yaşayan tanınmış jurnslist Cavanşir Həsənli yazıb ki, Ziyəddin Əliyevin açılışını etdiyi mebel mağazası, "Belezza" adı altında qeydiyyatdan keçib və Vyananın mərkəzi Gumpendorfer küçəsində fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 35.000 avro olan mağazanın açılışı, 2023-cü ilin fevralında böyük bir mərasimlə həyata keçirilib.

Şirkət, üç tərəfdaş arasında bölüşdürülüb: Ziyəddin Əliyevin oğlu Nicat Əlibəyli, yaxın dostu Ramin Şükürlü və bir türk əsilli Avstriya vətəndaşı. Hər biri şirkətdə 33%-lik paya sahibdir. Bu, Ziyəddin Əliyevin ailə üzvləri və yaxın çevrəsi ilə biznes qurduğu bir modeldir.

Ziyəddin Əliyevin digər bir biznes təşəbbüsü "S.M.A.N" Business Solutions GmbH, 2016-cı ildən bəri Avstriyada fəaliyyət göstərir. 2023-cü ilin məlumatlarına görə şirkətin ümumi aktivləri 6,5 milyon avro təşkil edir. Bu şirkət, Ziyəddin Əliyevin daha geniş beynəlxalq ticarət əlaqələri qurmasına kömək edir və Avstriya bazarında güclü bir yer tutur. Maraqlıdır ki, "S.M.A.N" şirkəti, Çexiyada yerləşən "AZ SERVIS - NR s.r.o" üzərindən təsis edilib.

Keçmiş icra başçısının Avstriyadakı biznes imperiyası -
Keçmiş icra başçısının Avstriyadakı biznes imperiyası -


Ziyəddin Əliyev yalnız Avstriyada deyil, həm də Ukraynada geniş biznes fəaliyyətləri ilə məşğuldur. Onun Ukraynada asfalt zavodunun və bir neçə digər şirkətin benefissiar olduğu məlumdur. Eyni zamanda, Türkiyədən Ukraynaya müxtəlif inşaat mallarının tədarükünü həyata keçirən Ziyəddin Əliyev, bu sahədə də möhkəm əlaqələr qurub.

Bir işıqlandırma və qapalı yer şəkili ola bilər

Xüsusilə, "ALOV TOV" şirkəti ilə əlaqəli fəaliyyətləri diqqət çəkir. Ziyəddin Əliyev, onun icra başçısı olduğu dövrdə ALOV şirkəti üçün müxtəlif inşaat materiallarının tədarükünü həyata keçirib. Bu tədarük, xüsusən İtaliya, Türkiyə, Almaniya və Çindən gələn məhsulları əhatə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...