Qaradağ rayonunda agacəkmə aksiyası keçirilib
Azərbaycanın görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa və ağacəkmə aksiyası keçirildi.
25 aprel 2025-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. Heydər Əliyev, Zərifə xanım və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları, aparatın şöbə müdirləri, rayonun səhiyyə müəssisələrinin nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqları tədbir iştirakçılarına təqdim etdi, Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı fikirlərini söylədi. Qeyd etdi ki, Zərifə xanım Əliyevanın yüksək intelektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Zərifə xanım eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutmuşdur. Daim həyat yoldaşı Ulu Öndərimizin yaxın sirdaşı və silahdaşı olmuşdur.
Milli Oftalmologiya Mərkəzinin bölmə müdiri Yazgül Abdıyeva Zərifə xanımın elmi yaradıcılığı barədə geniş və ətraflı məruzə etdi. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradıldığını və bu sahədə aldığı mükafatları diqqətə çatdırdı.
Digər çıxış edənlər Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qeyd etdilər ki, Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir. Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan söhbət açdılar, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağını söylədilər.
Təqaüddə olan oftalmoloq Hicran Həşimova Zərifə zanım Əliyevayla bağlı xatirələrini bölüşərək qeyd etdi ki, Zərifə xanım zaman baxımından qısa ömür yaşasa da, tibb sahəsində gördüyü çox böyük işlərlə, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla tarixə adını yazdırıb.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayaraq, qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
25 aprel 2025-ci il tarixində Sanqaçal qəsəbəsində xalqımızın görkəmli alimi, akademik, tanınmış oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunmuşdur.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də könüllülər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Aksiyanın məqsədi görkəmli alimin əziz xatirəsini yad etməklə yanaşı, eyni zamanda ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılmasına töhfə vermək olmuşdur. Əraziyə müxtəlif növ ağac tingləri əkilmiş, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Tədbirin sonunda iştirakçılar əkilən ağaclara qulluq göstərilməsi və yaşıllıqların qorunmasının vacibliyini bir daha diqqətə çatdırıblar.
35 dəfə oxundu