Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına borcunu ödəyəcək

Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına borcunu ödəyəcək
Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan 15 milyon dollar borcunu ödəyəcək.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi iki ölkənin birgə bəyanatına istinadən məlumat yayıb.

“Səudiyyə Ərəbistanı və Qətərin Maliyyə nazirlikləri Suriyanın Dünya Bankına olan təxminən 15 milyon dollarlıq borcunu ödəyəcəklərini açıqlayıblar”, - məlumatda bildirilir.

Açıqlamada qeyd olunub ki, bu borcun ödənilməsi Dünya Bankına Suriyaya dəstəyi bərpa etməyə imkan verəcək.

Aprelin ortalarında Dünya Bankının nümayəndə heyəti Dəməşqdə Suriya rəhbərliyi ilə əməkdaşlıq və Suriya iqtisadiyyatına dəstək planlarını, o cümlədən sanksiyalar rejiminin təsirini yumşaltmaq yollarını müzakirə edib.

Sonra Suriyanın maliyyə naziri Məhəmməd Yaser Barniyanın başçılıq etdiyi nümayəndə heyəti və Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqadir əl-Hasria ölkənin beynəlxalq maliyyə sisteminə qayıtması imkanlarının müzakirəsi üçün Beynəlxalq Valyuta Fondu və Dünya Bankının iclasında iştirak ediblər.

2024-cü il noyabrın sonunda Suriya müxalifətinin silahlı birləşmələri ölkə ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçərək dekabrın 8-də Dəməşqə daxil olub, Bəşər Əsəd prezident postunu tərk edərək ölkədən gedib. Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa yanvarın 29-da keçid dövrü ərzində ölkə prezidenti elan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...