Ərdoğandan YPG açıqlaması: Ləğv olunmalıdır!

Ərdoğandan YPG açıqlaması:
PKK terror təşkilatının tərksilahı və ləğvi prosesinə təşkilatın Suriya qolu olan YPG də daxildir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Qarşıdakı günləri çox kritik hesab edirik. Müvafiq qurumlarımız və onların (Dəməşqdəki) həmkarları bütün silahlı qrupların Suriya ordusunun bir hissəsinə çevrilməsi prosesini izləyir. YPG ilə bağlı məsələni çox yaxından izləyirik. Dəməşq rəhbərliyi də diqqətini bu məsələdən yayındırmamalıdır. Bu, olduqca vacibdir”, - Ərdoğan bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...