Bortnikov istefaya çağırıldı: Tamamilə biabırçılıqdır...

Bortnikov istefaya çağırıldı:
Bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin Krım körpüsünü partlatması fonunda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun istefası gündəmə gəlib.

Axar.az xəbər verir ki, artıq Kremlə yaxın Teleqram kanalları bu hadisənin baş verməsində FTX rəhbərliyini günahlandırırlar.

“Bu, tamamilə biabırçılıqdır. Bortnikov getməlidir”, - “Kremlyovskaya Tabakerka” kanalı yazıb.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti iyunun 1-də Rusiyanın hərbi aerodromlarına qarşı “Hörümçək toru” əməliyyatı həyata keçirmiş və nəticədə Rusiyanın strateji bombardmançıları da daxil olmaqla, 41 təyyarəsi məhv edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
128 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...