Monqolustan parlamenti baş naziri istefaya göndərib
Monqolustan Böyük Dövlət Xuralı (parlamenti) gizli səsvermədən sonra ölkənin Baş naziri Luvsannamsrayn Oyun-Erdeneni istefaya göndərmək haqqında qərar qəbul edib, o, yeni hökumət başçısı təyin edilənədək öz vəzifələrini icra etməyə davam edəcək.
“Report” xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
“Monqolustan parlamentinin sessiyasının reqlamenti haqqında qanuna əsasən, baş nazirə etimad votumu üçün deputatların əksəriyyəti, yəni 64 nəfər çıxış etməli idi. Gizli səsvermə ilə etimad votumu parlamentarilərin əksəriyyəti tərəfindən təsdiqlənmədiyindən, hökumət başçısının istefası məsələsinə baxılması haqqında qərar qəbul edilib”, – parlament mətbuat mərkəzi bildirib.
Onun məlumatına görə, parlament spikeri Daşzegviyn Amarbayasqalan istefaya gedən baş nazirə nazirlər kabinetinin yeni rəhbəri təyin edilənədək öz vəzifələrini icra etməyi tapşırıb.
Qanuna görə, Monqolustan hökumətinin yeni başçısı 30 gün ərzində təyin edilməlidir.
Son günlərdə paytaxt Ulan-Batorun mərkəzi meydanında dinc piketlər keçirilir. Onlardan birində baş nazirdən istefaya getməsi və 22 yaşlı oğlunun nişanlısına bahalı hədiyyələri izah etməsi tələb olunur. Nişanlı sosial şəbəkələrdə brilyant üzük, avtomobil və bir neçə min dollar dəyərində brend çantanın şəkillərini paylaşıb.
Bu, hökumət başçısının oğlunun yüksək gəlirlərinin sübutunu tələb edən ictimaiyyətin tənqidinə səbəb olub. Digər piket Monqolustan parlamenti tərəfindən 2024-cü ildə qəbul edilmiş Milli Rifah Fondu haqqında qanunla əlaqədardır, bu fond ölkənin təbii sərvətlərindən bütün vətəndaşlar üçün bərabər gəlir təmin etməlidir. Etirazçılar baş naziri müdafiə edir və ən böyük strateji yataqların milliləşdirilməsi hesabına MRF vəsaitlərinin artırılmasını tələb edirlər.
117 dəfə oxundu