“Azercell” “müştəri yönümlü” deyil, “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib" -
“1 iyuldan etibarən “Azercell” fakturasız (SimSim) istifadəçilər üçün yeni şərtlər tətbiq edəcək. Açıqladıqları mücərrəd məlumatlardan dərhal görünür ki, “Azercell” “müştəri yönümlü” deyil, “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib. “Azercell” yeni qiymət siyasətində balanssız nömrələrin qarşısını almaq, daha aktiv istifadəçi davranışı yaratmaq və daha çox kontur yükləmə stimulu yaratmaq niyyəti güdüb. Yəni pulun, balansın var nömrən bəlli müddətə aktiv olacaq, yoxsa nömrən bağlanacaq”.
Pravda.az bildirib ki, bunu ekspert Osman Gündüz deyib.
Ekspert qeyd edib ki, “”Azercell”də çox güman ki kimlərsə, bəlkə də məqsədyönlü olaraq yeni qaydalarını ağlabatan, istifadəçilərin dərk edə biləcəyi formada şərh etmək istəməyiblər: “Əlbəttə, bu “Azercell”in marketinq şöbəsində çalışanların peşəkarlığından deyil, verilən göstərişdən asılı bir məsələdir. Yeni qaydalara, yeni tariflərə nəzər salanda nələri müşahidə etmək olar? Əvvəllər sadəcə 1–2 manat balans yükləməklə insanlar nömrələrini daha çox açıq saxlaya bilirdilər. Bu sistem azgəlirli ailələr, yaşlı istifadəçilər, yalnız əlaqə üçün nömrə saxlayan uşaqlı ailələr və kənd yerlərində yaşayanlar üçün müəyyən rahatlıq təmin edirdi. Məsələn, indiyədək 5 manat ödəyib 1 ay aktiv nömrə işlətmək, yəni kiməsə zəng etməklə danışmaq mümkün idi. İndi təklif olunan qaydalara görə isə bu 5 manatla vətəndaşın nömrəsi yalnız 5 gün aktiv olacaq. Balansda pul olsa da, danışmaq mümkün olmayacaq, bundan sonra sizin konturunuzun bəlli bir danışıq günü olacaq. Tarifə qoşulanlar üçün isə vəziyyət daha incədir: Tarifiniz varsa, yalnız o tarifin tam haqqını yüklədikdə (məsələn, 10 manat), nömrəniz 30 gün açıq qalacaq. Əgər balansa 1 və ya 2 manat yükləsəniz – heç bir resurs aktivləşməyəcək, nömrə də cəmi 1-2 gün açıq qalacaq. Tarif “varmış” kimi görünür, amma realda istifadə etməyə icazə verilmir. Hər halda görünən hələlik belədir. Əgər doğru anlaşılmayıbsa, ümid edirəm “Azercell” daha məntiqli izahat verər. Digər ciddi məsələ isə budur: "Azercellim", "Bölgə", "GəncSim", "Sadə6" və digər az da olsa sərfəli tariflərə yeni qoşulmalar da dayandırılır. Beləliklə, “Azercell” həm də istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır, bazar daxilində “məcburi yığılan” modellərə keçir".
O.Gündüz vurğulayıb ki, bütün bunların fonunda sual yaranır: "Dövlətə məxsus payla idarə olunan belə bir şirkət niyə bu qədər ifrat sərt ticarət davranışları nümayiş etdirir? Milyonlarla istifadəçisi olan “Azercell” kiçik məbləğlərlə milyonlar qazanmaq üçün riyazi olaraq hər şeyi “düz” hesablayıb. Amma sosial olaraq bu, rəqəmsal bərabərsizlik və əlçatanlıq baxımından ciddi geriləmədir. Rəqəmsal transformasiyaya cavabdeh qurumlar fərqində olmalıdır ki, “Azercell” dövlət şirkətinin bu addımı dolayısıyla rəqəmsallaşmaya da mənfi təsir göstərəcək. Düşünürəm ki, dövlət şirkəti olan “Azercell” tarif qaydalarına yenidən nəzərə salmalı, "1 manat – 1 gün” prinsipi ləğv edilməli, daha ağlabatan, müştəriyə yönəlik tariflər müəyyən etməlidir” -, deyə
Ekspert xatırladıb ki, qonşu ölkələrin heç bir mobil operatorunda bu cür ifrat sərt yanaşma, müştərilərə qarşı bu formada münasibət sərgiləmək halları müşahidə etməyib: “Maraqlı məqam həm də odur ki, əvvəllər ölkənin və regionun ən innovativ qurumu olan bu şirkət uzun müddətdir ki, innovasiyalar və texnologiyalar sahəsində yerində sayır. Bu, beynəlxalq konfranslarda da açıq-aşkar görsənir. Yəni anlaşıqlı desək, biz, “Azercell”də son zamanlar artırılan tariflərdən əldə olunan gəlirlərin innovasiyalara yatırıldığını da müşahidə etmirik. Ümid edirəm Antiinhisar Agentliyi, İKTA, RİNN, İRİA bu dəyişikliklərin sosial təsirlərini, rəqəmsal transformasiyaya təsirlərini dəyərləndirəcək və ağlabatan addımlar atılacaq”.
345 dəfə oxundu