Alimlər açıqladı: Dünyanın oksigeni nə zaman yox olacaq?
Alimlər bildiriblər ki, təxminən 1 milyard il ərzində Yer atmosferindəki oksigen səviyyəsi azalacaq. Oksigenin itirilməsi Günəş şüalarının səbəb olacağı su buxarlanması və okeanların yox olmasından da əvvəl baş verəcək.
Qaynarinfo xəbər verir ki, Yaponiyanın Toho Universiteti ilə ABŞ-da yerləşən Corciya Texnologiya İnstitutundan olan alimlərin birgə araşdırması Yer atmosferində baş verəcək böyük bir dəyişikliyi ortaya qoyub. Araşdırmaya görə, təxminən 1 milyard il ərzində atmosferdəki oksigenin miqdarı azalacaq.
Mütəxəssislər bu azalmanın səbəbinin Günəşin yaydığı şüaların yaratdığı buxarlanma və nəticədə okeanların qurumasından əvvəl gerçəkləşəcəyini vurğulayıblar. Bu da oksigenlə həyatını davam etdirən insanlıq və bir çox canlı növü üçün son demək olacaq.
Araşdırmanı aparan alimlərdən Kazumi Ozaki bildirib: "Uzun illərdir ki, Günəşin parlaqlaşması və qlobal geokimyəvi dövrlər əsasında Yerdə həyatın davam müddəti hesablanırdı. Ancaq bu model atmosferdəki oksigenin sabit qalmaya biləcəyini göstərir".
Tədqiqata əsasən, Yerin oksigenlə zəngin həyat dövrü planetin ümumi ömrünün cəmi 20-30 faizini təşkil edəcək. Oksigenin itməsi ilə birlikdə bitkilər və fotosintez edən canlılar yox olacaq, lakin anaerob – yəni oksigensiz mühitdə yaşayan mikroorqanizmlər yaşamağa davam edəcəklər.
116 dəfə oxundu