Türkiyədə holdinq rəhbəri həbs edildi

Türkiyədə holdinq rəhbəri həbs edildiTürkiyənin tanınmış “Can Holding” şirkətlər qrupuna qarşı aparılan istintaq çərçivəsində 11 nəfər barəsində həbs qərarı çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

İstintaq çərçivəsində saxlanılan şübhəlilər ifadə verdikdən sonra prokurorluq onların həbs olunması üçün vəsatətlə məhkəməyə müraciət edib. İstanbul məhkəməsi həmin şəxsləri “cinayətkar təşkilata üzv olmaq” və “cinayət yolu ilə əldə olunmuş vəsaitləri leqallaşdırmaq” maddələri ilə təqsirli bilərək həbs edib.

Həbs olunanlar arasında “Can Holding”in İdarə Heyətinin sədri Kenan Tekdağın da adı var.

Qeyd olunur ki, holdinqə daxil olan bəzi şirkətlərin vasitəsilə cinayətkar strukturun yaradıldığı və bu yolla maliyyə fırıldaqları törədildiyi iddiası ilə araşdırmalar davam etdirilir. İstintaq çərçivəsində holdinqə qarşı bir neçə əməliyyat həyata keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...