"Kaspi" Təhsil Mərkəzindən Nazirliyə gedən yol - Mehdiyev-Həsənov çütlüyü Elnur Əliyev kimilərin əli ilə...

"Kaspi" Təhsil Mərkəzindən Nazirliyə gedən yol - "İndi məlum olur ki, Ramiz Mehdiyev sabiq təhsil naziri Misir Mərdanovla niyə yola getmirmiş. Yəqin ki, Misir Mərdanov təhsilin Əli Həsənov və Ramiz Mehdiyevin nəzarətinə keçməsinə bizim görmədiyimiz arxa bağçada qarşı çıxırmış."
"Kaspi" Təhsil Mərkəzindən Nazirliyə gedən yol -
Teref yazır ki, bunu BizimXeber saytının baş redaktoru ƏdilƏdilzadə yazır. Baş redaktor daha sonra yazır:
"Elə bu səbəbdəndir ki, Misir Mərdanov gedən kimi, Əli Həsənovun "Kaspi"dəki Elnur Əliyevi sürətlə təhsil sektorunda yüksək vəzifələrə irəli çəkdirə bilir. Elnur Əliyev hazırkı Təhsil naziri Emin Əmrullayevin ən yaxın dostudur.
O "Kaspi" Təhsil Mərkəzində olanda Emin Əmrullayevə böyük dəstək olub. İkinci nazir olan kimi onu da əvvəl nazirliyə, daha sonra isə Təhsil İnstitutuna rəhbər göndərib. Mehdiyev-Həsənov çütlüyü Elnur Əliyev kimilərin əli ilə Təhsil sektorunda qala bilib.
Elnur Əliyevin bir neçə Təhsil şirkəti var və bu şirkətlər ən böyük məbləğli layihələri qazanırlar.
Belə çıxır ki, Emin Əmrullayev də Elnur Əliyevin əli ilə bəlkə də özü də bilmədən Ramiz-Əli çütlüyünün "Təhsil maraqları"na dəstək vermiş olub?
Hər halda bu şəxslərin sürətlə təhsil sektorunda irəliləmələri böyük sual doğurur."
Ədil Əlizadə



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
0 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...