Nazirlə direktor “Kaspi“ni 36 milyon manata alıblar? - Ekspertdən iddia

Nazirlə direktor “Kaspi“ni 36 milyon manata alıblar? - “Barəsində cinayət işi açılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ən yaxın silahdaşı Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun mülklərinin siyahısı yayıldı. Bu siyahıda “Kaspi” təhsil şirkətinin adı yox idi. Bilirsiniz ki, elm və təhsil naziri Emin Əmrullayev və təhsil institutunun direktoru Elnur Əliyev “Kaspi” kurslarında çalışıblar. Məlum olur ki, onlar bir müddət əvvəl, “Kaspi” kurslarını 36 milyon manata alıblar. Bu, Azərbaycanın büdcəsindən əldə edilən pullarla həyata keçirilib.

Gundem.info.az pravda.az-a istinadla xəbər verir ki, bunu təhsil üzrə ekspert Elşən Qafarov bildirib.

“Sonra da təhsil büdcəsinin hara xərcləndiyi ilə maraqlanırlar... Bir liseyə bu qədər vəsait sərf ediblərsə... İnanıram ki, Emin Əmrullayevin və Elnur Əliyevin təhsil büdcəsindən əldə etdikləri və xaricə çıxardıqları vəsaitlə bağlı paylaşımlar olacaq”, - o qeyd edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...