Ermənistanda sürücülər Gürcüstan sərhədinə gedən yolları bağladı

  Ermənistanda sürücülər Gürcüstan sərhədinə gedən yolları bağladıErməni yük maşınlarının sürücüləri Bavra, Baqrataşen və Qoqavan kəndləri yaxınlığında Gürcüstanla sərhədə gedən dövlətlərarası yolları bağlayıblar.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onlar Ermənistan hakimiyyətindən rusiyalı həmkarları ilə miqrasiya məhdudiyyətləri məsələsini həll etməyi tələb edirlər.
Belə ki, 2025-ci il yanvarın 1-dən Rusiyada “Xarici vətəndaşların hüquqi statusu haqqında” 115 saylı Federal Qanuna vizasız ölkə vətəndaşlarının qalma müddətini məhdudlaşdıran dəyişikliklər qüvvəyə minib. İndi Rusiyaya əmək fəaliyyətindən başqa məqsədlərlə daxil olan əcnəbilər (əgər onların miqrasiya kartında “iş” məqsədi göstərilməyibsə) təqvim ilində 90 gündən çox olmayaraq Rusiya Federasiyasında qala bilərlər.
Yük maşını sürücüləri onların Rusiyada qalma məsələsi həll olunmayana qədər xarici yük maşınlarını buraxmayacaqlarını bildirirlər.
Onlar artıq Ermənistan hökuməti qarşısında bir neçə etiraz aksiyası keçirərək, problemin həllini tələb ediblər.
Avrasiya İqtisadi Komissiyasının (AİİK) məlumatında deyilir ki, Komissiyanın binasında Komissiyanın, səlahiyyətli orqanların və Aİİ üzv dövlətlərinin biznes ictimaiyyətinin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. İşçi qrup beynəlxalq daşımalar zamanı miqrasiya prosedurları ilə bağlı insidentlər barədə məlumat toplayır və operativ həll edilməsi üçün Rusiya orqanlarına çatdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...