Dövlət Baxçalı Maduronun müdafiəsinə qalxdı
“Yeni Sabah” xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkart Partiyasının (MHP) sədri Dövlət Baxçalı yanvarın 6-da parlamentdə partiyanın parlament fraksiyasının toplantısındakı çıxışında deyib.
Onun fikrincə, ABŞ-nin əsas məqsədi enerji axınını nəzarətə götürmək, qızıl başda olmaqla qiymətli metal və mineral ticarətinə hökm etmək, siyasi, hərbi və iqtisadi təzyiq mexanizmləri ilə bir ölkənin sahib olduğu və ya olmadığı bütün imkanları mənimsəməkdir.
MHP liderinin sözlərinə görə, Venesuelanın paytaxtı Karakasda gecə yarısı həyata keçirilən əməliyyat beynəlxalq hüququn misli görünməmiş şəkildə tapdalanmasıdır.
“Dövlət başçısı Nikolas Maduronu zor tətbiqi ilə yatağından götürülərək aparılması müasir dövrdə yeni işğal üsuludur”, - Dövlət Baxçalı vurğulayıb.
Qeyd edək ki, N.Maduro 1962-ci ildə anadan olub. O, 2013-cü ildən Venesuelaya rəhbərlik edirdi.
ABŞ yanvarın 3-də Venesuelanın paytaxtı Karakasa hava zərbələri endirib. Bununla paralel olaraq Birləşmiş Ştatların seçmə qüvvəsi olan Delta Force xüsusi təyinatlıları əməliyyat keçirərək Prezident N.Maduro və həyat yoldaşı Siliya Floresi həbs edib ABŞ-yə aparıb.
Nyu York Cənubi Federal Məhkəməsində onlara qarşı narko-terrorizm və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürülüb.
4 dəfə oxundu














