Onlarla milyonluq tenderlərin qalibi olan 'TVM İnşaat' və 'İnnova İnşaat' şirkətləri haqqında ŞOK İDDİA

Onlarla milyonluq tenderlərin qalibi olan 'TVM İnşaat' və 'İnnova İnşaat' şirkətləri haqqında  Ötən ilin sonlarında Ağdamın Xıdırlı kəndində yağışdan sonra baş verən fəsadlar burada tikinti işlərini icra edən şirkətin fəaliyyəti ilə bağlı narazılıqlara səbəb olmuşdu. Araşdırmalar zamanı aydın olmuşdu ki, Xıdırlı kəndində tikinti işləri “TVM İnşaat” MMC tərəfindən həyata keçirilib.
Qeyd edək ki, adıçəkilən şirkətlə Ağdam, Füzuli, Xocavənd Rayonlarında Bərpas, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs arasında 8 oktyabr 2024-cü ilin yanvarında Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması prosesi həyata keçirilib. Həmin razılaşmaya əsasən Publiki Hüquqi şəxs “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyib.
Yerli sakinlərin sosial şəbəkələrdə paylaşımlarına görə, “TVM İnşaat” böyük məbləğdə vəsait əldə etməsinə baxmayaraq dövlət sifarişini nəzərdə tutulan keyfiyyətdə icra etməyib.
İndi məlum olur ki, adıçəkilən şirkətin vəziyyəti heç də yaxşı deyil, onun maliyyə vəziyyəti müflis olmaq həddinə qədər pisləşib.
Yayılan məlumatlara əsasən, “TVM İnşaat” MMC və “İnnova İnşaat” MMC şirkətlərinin faktiki sahibi eyni adamdır. “TVM Anar” kimi məşhurlaşan bu şəxs hal-hazırda üzərinə götürdüyü yüz milyonlarla manatlıq öhdəliyi yerinə yetirə bilmədiyi üçün “Yeni Hacı İbrahim” kimi qələmə verilməyə başlanıb.
Bir zamanların tender kralı kimi tanınan TVM və İnnova şirkəti öz subpodratçılarına olan 100 milyon manatdan çox borcu da ödəmir.
Subpodratçılar bu barədə media strukturlarına yolladıqları müraciətdə bildirir.
Həm tikinti bazarları, həm dövlət vergi xidməti, həm də banklara külli miqdarda borcu olan bu şirkət vəziyyətdən çıxmaq üçün yeni avantüraya əl atır. Belə ki, bütün dövlət tenderlərinə dəyərindən çox aşağı, qeyri-real qiymət verərək daxil olur, özünün müxtəlif strukturlarda əlbir olduğu adamlar vasitəsilə tender müqavilələrin imzalanmasına nail olur, daha sonra isə illərlə başladığı işləri yerinə yetirə bilmədiyi üçün bitməyən mübahisələrə qərq olur.
Görünən budur ki, görünməyən əllərin himayə etdiyi bu şirkət dövlətin yüz milyonlarla manat vəsaitini hal-hazırda ciddi risklərə məruz qoymuşdur.
Araşdırmamız göstərir ki, şirkət hal-hazırda aşağıdakı işləri tamamlaya bilmədiyi üçün böyük qalmaqallar yaşamaqdadır:
Laçında otel kompleksi
Göygöldə otel kompleksi
Gömrük hospital
Ağdamın Xıdırlı kəndi
Ağdam şəhərində yaşayış binaları
Xankəndidə otel
Xəzər Dəniz Gəmiçilik İdarəsinin xəstəxanası
Penitensiar müəssisələr
Fizuli rayonu Dövlətyarlı kəndi
DSMF binaları
Bu şirkətlərin yarıtmaz fəaliyyətinə görə bu yaxınlarda bu şirkətə sifarişlər verən dövlət qurumu rəhbərlərindən birinə şiddətli töhmət verildiyi bildirilir.
Arayış üçün qeyd edək ki, rəsmi adı “TVM İnşaat” MMC olan şirkət 2016-cı ildə təsis olunub. Şirkətin VÖEN-i 1101408601-dir.
2018-ci ili qədər şirkətin qanuni təmsilçisi Nadirov Tofiq Həmid oğlu olub. Qeyd edilən tarixdən isə sənədlərdə dəyişiklik edilib və qanuni təmsilçi Ağayev Musa Nizaməddin oğlu kimi qeydiyyata alınıb. Qanuni təmsilçinin dəyişməsinə baxmayaraq şirkətin hüquqi ünvanı əvvəl olduğu kimi qalıb: AZ1155, BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, MÜŞFİQABAD ŞTQ, MÜŞFİQABAD QƏSƏBƏSİ, ev 3D, mənzil 8.
Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən 2020-2026-cı illərdə tamamlanmış tenderlər üzrə “TVM İnşaat” MMC səkkiz müsabiqənin qalibi olub. Şirkət bu müsabiqələrdə 136,5 milyon manat dəyərində tenderlərləri qazanıb.
Bu tenderlər arasında ən bahalısı Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması olub. Bu satınalma 2024-cü ildə bağlanıb və dəyəri 97 milyon 212 min manat təşkil edib.
2024-cü ildə Ədliyyə Nazirliyi ilə bağlanan satınalma müqaviləsinin də dəyəri böyükdür. Şirkət Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisi üçün 25,8 milyon manat alıb.
“İnnova İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2019-cu ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur. Hüquqi ünvanı: AZ3000, İMİŞLİ RAYONU, QARALAR
Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən şirkət 2025-ci ildə 3 müsabiqə üzrə tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 17 milyon 355 min manat təşkil edib.
Ən bahalı müsabiqə 13,4 milyon manat dəyəri olan “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri”nin satın alınması müsabiqəsidir.
32gun.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...