"Tok"dan tam çıxmadıqca "işıq pulu" yazan 4 cihaz

"Tok"dan tam çıxmadıqca "işıq pulu" yazan 4 cihazEvdə istifadə olunan bəzi elektrik cihazları sönmüş kimi görünsə də, əslində tam olaraq enerji sərfini dayandırmır.

Gundeminfo.com xəbər verir ki, bu qurğular rozetkaya qoşulu qaldığı müddətdə “gözləmə rejimi”ndə işləyir və az miqdarda da olsa elektrik istifadə etməyə davam edir.

Nəticədə ay ərzində nəzərə çarpmayan bu sərfiyyat ümumi işıq puluna təsir göstərir.

Bu cür gizli enerji istifadəsi xüsusilə qış aylarında daha çox hiss olunur. Çünki evdə elektrik cihazlarından istifadə müddəti artır və onların bir çoxu gün boyu rozetkada qalır.

Enerji sərf etməyə davam edən cihazların başında televizor gəlir. Pult vasitəsilə dərhal işə düşməsi üçün cihaz daim gözləmə rejimində qalır və bu zaman elektrik sərfiyyatı tam dayanmır.


Kompüter və noutbuklar da rozetkaya qoşulu qaldıqda az miqdarda enerji istifadə edir. Eyni vəziyyət telefon adapterləri üçün də keçərlidir. Telefon qoşulu olmasa belə adapter rozetkada qaldıqda elektrik çəkməyə davam edir.

Mikrodalğalı soba və televiziya qəbuledicisi kimi qurğular da enerji sərf edən cihazlar sırasındadır.

Onların üzərindəki saat göstəricisi və daimi gözləmə rejimi elektrik istifadəsinin davam etməsinə səbəb olur.

Bu cür gizli xərclərin qarşısını almağın ən sadə yolu istifadə olunmayan cihazları rozetkadan tam ayırmaqdır. Alternativ olaraq açarlı uzadıcıdan istifadə etmək də elektrik sərfiyyatını azaltmağa kömək edə bilər. (Demokrat.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...