İran savaşından ən çox zərər görən ölkələr...
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.
Məqalədə qeyd edilir ki, müharibənin iqtisadi itkiləri yalnız Hörmüz boğazından keçən qaz və neft tədarükləri ilə məhdudlaşmır.
Materialda qeyd olunur ki, münaqişə zonasındakı bir neçə beynəlxalq hava limanının bağlanması beynəlxalq yük aviasiya daşımalarının təxminən beşdə birinin dayandırılmasına səbəb olub. Bu isə məişət elektronikası, əczaçılıq məhsulları və qiymətli metalların tədarükündə fasilələr yaradıb.
San-Fransiskoda yerləşən logistika şirkətlərindən birinin rəhbəri nəşrə bildirib ki, münaqişə başladıqdan sonra Asiyadan Avropaya yük hava daşımalarının qiyməti 45% artıb.
Nəşrin qiymətləndirməsinə görə, hazırda ən ciddi nəticələri Belçika, Hindistan, İtaliya, Çin və Cənubi Koreya kimi ölkələr hiss edir. Çünki bu ölkələr Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft və qaz tədarüklərindən daha çox asılıdır.
9 dəfə oxundu










