Deputata məxsus olduğu deyilən şirkətə 929 min manatlıq sifariş

Deputata məxsus olduğu deyilən şirkətə 929 min manatlıq sifariş
Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müvafiq rəqəmsal xidmətlərin formalaşdırılması, modernləşdirilməsi və davamlı dəstək xidmətlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Ultra Technologies" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 929 856,39 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ultra Technologies” MMC 14 yanvar 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşən şirkətin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.

Mediada gedən məlumatlara görə isə şirkətin sahibi deputat Tahir Mirkişilidir. Bu iddiaya səbəb deputatın vaxtilə şirkətin direktoru vəzifəsində çalışmasıdır. Bu barədə onun tərcümeyi-halında da yazılıb.

Tahir Mirkişili özü də şirkətin ona məxsus olması barədə iddiaları təkzib etməyib. Bu barədə onun hər hansı açıqlamasına rast gəlinmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...