Dünya neftin 200 dollara qədər bahalaşmasına hazırdırmı?

Dünya neftin 200 dollara qədər bahalaşmasına hazırdırmı?
Yaxın saatlarda İranın Xark adası vurula bilər. Xark adası Fars Körfəzində yerləşir. Bu ada İranın ən böyük neft ixrac terminalıdır. İran neftinin böyük hissəsi tankerlərlə məhz buradan dünya bazarına göndərilir. İranın neft ixracının 90%-ə qədəri bu adadan həyata keçirilir.
Bir az əvvəl Tramp yaxın günlərdə İranın Xark adasına hücum edəcəklərinə işarə edən açıqlama verib.
Tramp bildirib ki, İran hücumlarını davam etdirsə, ABŞ yeni və daha ağır hədəfləri vuracaq. Bu “yeni hədəflər” arasında İranın ən kritik enerji infrastrukturları da ola bilər.
Analitiklər və bəzi media mənbələrinə görə, ABŞ və İsrail Xark adasını ələ keçirməyi və ya zərərsizləşdirməyi nəzərdən keçirə bilər.
Maraqlıdır ki, indiyə qədər ABŞ və İsrail Xark adasını hədəf almayıb.
Buna səbəb isə qlobal neft bazarını və regionu daha da destabilizə edə biləcəyi qorxusudur.
Xark işğal edilərsə və ya təmamilə işləməyəcək hala gətirilərsə, o zaman cəmi 25 günlük neft ehtiyatı qalan Hindistan, 2 aylıq neft ehtiyatı qalan Çin iqtisadiyyatı çökər. Bu isə dünya iqtisadiyyatı üçün ağır travma ola bilər.
Bu gün ABŞ maliyyə naziri Scott Bessent "Fox News"-a açıqlamasında son günlər neftin bahalaşmasından danışarkən deyib ki, bu narahatlıq yaradan məqam deyil. Bahalaşmanı "qısamüddətli kiçik xərc" adlandıran Scott deyib ki, yaxın günlərdə neftin qiyməti yendən ucuzlaşacaq.
Lakin indi Avropa və ABŞ mediasında müzakirə edilən 1 nömrəli mövzu ABŞ və İsrailin Xark adasına hücum edib-etməyəcəyidir.

GUNDEMİNFO



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
8 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...