İranın hava məkanı nə vaxtadək bağlı qalacaq?

İranın hava məkanı nə vaxtadək bağlı qalacaq?İran aviasiya hakimiyyəti ölkənin hava məkanında uçuş qadağasını daha bir həftə, 5 aprelə qədər uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaxın Şərq hava nəqliyyatının idarə olunması dairələrindəki mənbə TASS-a bildirib.
“İranın hava məkanı təxminən 5 aprel bazar günü UTC saat 8:30-a (Bakı vaxtı ilə 12:30 - red.) qədər bağlı olacaq”, - mənbə deyib.
O qeyd edib ki, dövlət, hərbi və tibbi təyyarələrin uçuşları, eləcə də mülki aviasiya hakimiyyətinin xüsusi icazəsi ilə həyata keçirilən axtarış-xilasetmə uçuşları üçün istisnalar edilə bilər.
Qeyd edək ki, İranın hava məkanı 28 fevral səhəri ABŞ və İsrailin hərbi əməliyyat başlatmasından sonra bağlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...