İradə Xəlilovanın qızını aldadan şəxs azadlığa buraxıldı

İradə Xəlilovanın qızını aldadan şəxs azadlığa buraxıldıXəzər Universitetinin əvvəlki rektoru İradə Xəlilovanın qızının 57 min manatlıq qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinən tanışı azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayəti əsasında belə qərar çıxarıb.

Əvvəlki məhkəmənin hökmü ilə 5 il 3 ay azadlıqdan məhrum edilən 37 yaşlı Mikayıl Əliyev artıq zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyib. Onunla 57 min manat ziyan vurduğu eks-rektor qızı A.Xəlilova və ümumilikdə 5 min ələ keçirdiyi digər iki zərərçəkmiş arasında barışıq əldə edilib.

Xəbəri rus dilində oxuyun: Обидчик дочери Ирады Халиловой вышел на свободу

Dələduzluq cinayətində başlıca məqsəd zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi olduğundan yuxarı instansiya məhkəməsinin hakimləri təqsirləndirilən şəxsin həbsdə qalmasına zərurət görməyib.

Yeni qərarla M.Əliyevin real həbs cəzası şərti ilə əvəz edilib. O, məhkəmə zalında dərhal sərbəst buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs əsas zərərçəkmiş A.Xəlilova və anasının şikayətindən sonra həbs edilmişdi. Rektor vəzifəsindən azad edilən İradə Xəliova bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutuna direktor müavini təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...