Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadıldı

Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadıldıHəcc ziyarətinə sənəd qəbulunun vaxtı uzadılıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.

“Sənəd qəbulu aprelin ilk ongünlüyündə də davam edəcək. Hazırda kvotanın 8 faizi boşdur, 92 faizi dolub”, - V. Cahangiri bildirib.

Xatırladaq ki, daha əvvəl də Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadılmışdı və son qeydiyyat tarixi Ramazan ayının sonunadək müəyyən edilmişdi.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...