Doğuşlar azalıb, uşaq pulu bərpa ola bilər? Açıqlama
Qeyd edilib ki, ötən il ölkədə 59 834 ölüm halı qeydə alınıb və 2024-cü il illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.
Məsələyə sosioloq Mail Yaqublu Demokrat.az-a açıqlamasında münasibət bildirib ki, son illərdə Azərbaycanda əhali artım tempi azalmağa başlayıb:
“Bu isə cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələdir. Çünki ölkənin əhalisi onsuz da çox deyil və doğum səviyyəsinin aşağı düşməsi gələcəkdə demoqrafik baxımdan arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu vəziyyətin qarşısını almaq üçün müəyyən addımların atılması vacibdir. Məsələn, uşaq pulunun verilməsi belə təşviqedici mexanizmlərdən biri ola bilər və ailələrin daha çox uşaq sahibi olmasına müəyyən dərəcədə stimul yarada bilər. Bununla yanaşı, dövlət tərəfindən üçüncü və dördüncü uşaqların dünyaya gəlməsini təşviq edən əlavə dəstək mexanizmləri də tətbiq oluna bilər. Məsələn, üçüncü və dördüncü uşaqlar üçün uşaq pulundan əlavə, onların 18 yaşına qədər dövlət tərəfindən müəyyən sosial dəstəyin göstərilməsi kimi təşvi proqramları nəzərdən keçirilə bilər. Bu cür addımlar ailələr üçün əlavə motivasiya yarada bilər. Hər halda, artıq bu demoqrafik problemin mövcudluğu hiss olunur və onun aradan qaldırılması üçün dövlət səviyyəsində məqsədyönlü tədbirlərin görülməsi vacibdir”.
20 dəfə oxundu












