Banklar bayram ərəfəsində vətəndaşları hədələyir

Banklar bayram ərəfəsində vətəndaşları hədələyirDİQQƏT!

Son bir neçə gündür ki, banklar vətəndaşlara xəbərdarlıq mesajları yollayır. Bildiyiniz kimi ayın 20-30 aralığı bayramlarla əlaqədər qeyri-iş günüdür. Banklar kredit ödənişi bu günlərə düşən müştərilərindən ödənişlərini qabaqcadan ayın 19-zu ödənilməsini tələb edirlər.

Axı niyə müştəri öz ödənişini 5-6 gün qabaqdan ödəməlidir? Olmazmı banklar 4-5 gün artıq gözləsinlər?

Bankların müştərilərinə yolladıqları sms xəbərdarlıqlar isə qanunsuzdur. İlk öncə vətəndaşlar bankla bağladıqları kredit müqaviləsinə diqqət etməlidirlər. Qanunla Azərbaycanda kredit münasibətləri əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq normativ hüquqi aktları və Mülki Məcəllə ilə tənzimlənir.

Kredit ödənişlərinin tarixi müqavilədə necə yazılıbsa, hüquqi olaraq əsas odur. Əgər müqavilədə konkret tarix (məsələn, hər ayın 25-i) göstərilibsə, müştəri həmin tarixdə kredit borcunu ödəməlidir.

Qanunda rəsmi qeyri-iş olduğuna görə hər hansı güzəşt anlayışı yoxdur. Yəni kredit üzrə borclunun müqvilədə yazılan tarixdə krediti ödəmək öhdəliyi var.

Bəs ödəniş günü qeyri-iş günü olarsa o zaman tərəflər arasındakı öhdəliklər necə tənzimlənir?

Mülki Məcəllənin öhdəliklərin icrası qaydaları-na görə, əgər ödəniş günü rəsmi qeyri-iş gününə düşürsə, ödəniş növbəti iş gününə keçirilə bilər. Bu isə o deməkdir ki, bank qanuni olaraq sizdən 5-6 gün əvvəl ödəmə tələb edə bilməz. Əksinə, ödəniş irəli yox, geriyə, ilk iş gününə keçməlidir.

Vacib məqam - Əgər bank sizi məcbur edirsə və krediti ödəmədiyiniz halda sizə cərimə yazılacağını deyirsə, Azərbaycan Respublikasının Mərkəzi Bankı-na şikayət edin. Eyni zamanda müştərisi olduğunuz bankdan arayış tələb edin.

Razi Abasbəyli İqtisadçı-ekspert



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...