“Şagird dərsə məktəbli formasında gəlməlidir”

“Şagird dərsə məktəbli formasında gəlməlidir”Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov son günlər Azərbaycanda məktəblərdə hicab qadağasının tətbiqi ilə narahatlıqlara aydınlıq gətirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, ümumən qəbul edilmiş qərarlara əsasən, hər bir şagird məktəbə məktəbli formasında gəlməlidir.

C.Məmmədovun sözlərinə görə, başqa formalarda məktəbə gəlməyə icazə verilmir: “Bu, mövcud qaydalara və əsasnamələrə əsasən, müəyyənləşdirilən normadır. Dünyanın əksər ölkələrində vahid məktəbli forması geniş tətbiq olunur. Bu formanın tətbiq olmasının məqsədi məktəbdə nizam-intizam, qayda yaratmaq, şagirdlərin eyni formada gəlmələrini təmin etmək, onlar arasında fərqi aradan qaldırmaqdır. Əsas məqsəd və hədəf vahid məktəbli formasının tətbiqidir. Azərbaycan isə dünyəvi ölkədir. Bizim ölkəmizdə hicabla bağlı qadağa mövcud deyil. Azərbaycan Konstitusiyasında da, digər qanunlarımızda, o cümlədən "Dini etiqad azadlığı haqqında" qanunda da hər kəsin etiqad azadlığı olduğu əksini tapıb. Bu gün Azərbaycanda müxtəlif yerlərdə qadınların istər hicabla, istərsə də hicabsız gəzdiyinin şahidisiniz. Azərbaycanda belə bir qadağa yoxdur. Sadəcə, məktəblərdə vahid məktəbli formasının tətbiqi nəzərdə tutulur. Bu da bu gün bütün məktəblərimizdə həyata keçirilir. Hesab edirəm, məsələnin mahiyyəti bundan ibarətdir ki, məktəblərdə hamı vahid formada dərsə gəlməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...