Bakıda da yas yeməkləri ləğv ediləcək? Açıqlama

 Bakıda da yas yeməkləri ləğv ediləcək? Azərbaycanın bir neçə rayonunda yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Bu barədə rayonun ağsaqqalları və din xadimləri qərar qəbul edib. Qərara əsasən, martın 1-dən Qaxın rayon mərkəzi və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Mərasimlərdə yalnız çay süfrəsi açılacaq. Qeyd edək ki, indiyə qədər Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən və başqa rayonlarda ehsan verilməsi dayandırılıb.

Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu məsələnin hansısa rayonda ləğv edilməsi bəzən yerli səviyyədə müəyyən şəxslərin tövsiyəsi kimi də qəbul oluna bilər:

“Əslində kiminsə ehsan vermək istəyi varsa, heç kəs ona bunu qadağan edə bilməz. Çünki bu, hüquqi baxımdan qanunla tənzimlənən məsələ deyil. Sadəcə, rayon yerlərində sosial münasibətlər fərqli olduğu üçün belə təşəbbüslər müəyyən təsir yarada bilər. Yəni əgər ümumi bir razılaşma və ya təşəbbüs varsa, insanlar da buna uyğun davranaraq ehsan mərasimlərinə qatılmaya bilərlər. Lakin bu yanaşmanı böyük şəhərlərdə, xüsusilə Bakıda tətbiq etmək daha çətin görünür. Çünki paytaxtda sosial mühit daha müxtəlifdir və fərdi qərarlar daha üstün rol oynayır. Bu səbəbdən belə məsələləri inzibati və ya hüquqi yollarla tənzimləmək mümkün deyil və düzgün də sayılmır. Dövlətin bu kimi şəxsi və dini ənənələrə birbaşa müdaxilə etməsi uyğun yanaşma hesab olunmur. Bu istiqamətdə ən doğru yol geniş maarifləndirmə işlərinin aparılmasıdır. İnsanlara ehsan mərasimlərinin mahiyyəti, məqsədi və daha səmərəli formada təşkili barədə məlumat verilməlidir. Belə olduqda cəmiyyət daxilində təbii şəkildə daha balanslı və düşünülmüş yanaşma formalaşa bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...