Fars körfəzində 2000 gəmi gözləyir – BMT

Fars körfəzində 2000 gəmi gözləyir –  ABŞ-İsrail və İran arasında müharibə ilə əlaqədar Fars körfəzində 20 min dənizçi ilə birlikdə təxminən 2000 gəminin hərəkəti dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatının (IMO - BMT-nin ixtisaslaşmış təşkilatıdır) baş katibi Arsenio Dominqes “El País” qəzetinə verdiyi müsahibədə bildirib.
Hörmüz boğazındakı vəziyyətdən danışarkən, o, bunu kritik adlandırıb.
Dominqes həmçinin, vəziyyət uzandıqca qida, su və yanacağa ehtiyac yaranacağını qeyd edib.
Beynəlxalq Dəniz Təşkilatının rəhbərinə münaqişə həll edildikdən sonra gəmilərin geri çəkilməsinin təşkili ilə bağlı da sual verilib. O bildirib ki, region ölkələri, xüsusən də İran və Omanla bir plan müzakirə olunur.
“Orada yerləşən gəmilərin təxliyəsi bir neçə həftə çəkəcək”, - deyə BMT rəsmisi qeyd edib.
“Lakin təxliyədən əvvəl mina təhlükəsinin olmadığından əmin olmalıyıq. Daha sonra Hörmüz boğazından hər gün keçən təxminən 130-135 gəmi ilə normal əməliyyatlara qayıdacağıq”, - deyə Beynəlxalq Dəniz Təşkilatının rəhbəri bildirib.
Lakin o, əlavə edib ki, hazırda ərazidə minaların olması ilə bağlı rəsmi təsdiq yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...