Ermənistanda seçkilər yeni mərhələyə qədəm qoydu - “Dəmir yumruq” işə düşə bilər”
Bundan əvvəl Ermənistan parlamentində Seçki Məcəlləsinə dəyişikliklər təsdiqlənib. Düzəlişlərəə əsasən, “Ermənistan”, “İrəvan” kimi söz və ifadələri blok və partiyaların istifadə etməsinə qadağa qoyulub. Bunun seçki kampaniyası dövründə müxalif partiyalar, o cümlədən hakim “Vətəndaş mqaviləsi” partiyasının əsas rəqiblərindən olan “Güclü Ermənistan” üçün müəyyən əngəl yaradacağı və seçicilər arasında nüfuzuna xələl gələcəyi iddia ounur.
“Seçki Məcəlləsinə düzəlişlər təşəbbüsü “Vətəndaş müqaviləsi” fraksiyasından gəlmişdi. Ermənistan müxalifəti bu dəyişikliyin Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinə zidd hesab etdi. Təklif olunan dəyişikliklərə görə, siyasi blok və partiyaların adlarında şəxsi ad və soyadlardan istifadə qadağan edilib. Fikrimcə, bu addım Ermənistanda seçki ərəfəsində siyasi mübarizəni daha da sərtləşdiriləcək.
GUNDEMİNFO xəbər verir ki, bunu “Yeni Sabah”a Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi bildirib.
Onun sözlərinə görə, müxalif partiya və blokların vahid bayraq altında birləşməsi mümkün görünmür:
“Çünki müxalifətdə olan partiyaların özlərinin də arasında ziddiyyətlər var. Paşinyana qalib gəlmək üçün əsas müxalifət partiyaları bir-biri ilə məsləhətləşə bilər. Aprelin 13-də “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetiyanın toplantısında digər müxalif partiyalarından iştirak var idi. İclasa qatılan jurnalist Nane İsraelyan Daşnaksütyun Partiyasının üzvlərinə kəsərli suallar verdi, onlar isə suallardan yayındılar.
Ermənistan müxalifətindəki siyasi partiyaların hər biri müxtəlif fikirdədir. Karapetiyanın toplantısından sonra məlum oldu ki, iştirakçıların çoxu rüşvət yolu ilə toplantıya gətirilib”.
İsmayıl Tanrıverdi əlavə edib: “Hətta belə bir dəqiq informasiya səslənib ki, seçkilər zamanı Rusiyada yaşayan 3 milyonadək ermənidən 100 minə qədəri xüsusi maşın və təyyarələrlə İrəvana gələcək və Samvel Karapetiyana səs verəcək. Amma Samvel Karapetiyanın seçkilərdə iştirakı şübhə altındadır”.
Mərkəz direktoru Nikol Paşinyan və Vladimir Putin arasında görüşdə Putinin Ermənistandakı seçkilərdə rusiyameyilli partiyaların iştirakına şərait yaradılması tələbini xatırladıb:
“Aydın məsələdir ki, Rusiya Prezidentinin Ermənistan Baş nazirinə dediyi sözlər artıq seçki prosesinə öz təsirini göstərir. Amma Paşinyan Rusiya vətəndaşlarının seçkilərdə birbaşa iştirakına qətiyyən icazə verməyəcək. Lakin onun tələbi icra etməkdən imtinası Putini xeyli qəzəbləndirib. Artıq Ermənistan istehsalı olan tütün və spirtli içkilərin Rusiyaya ixracının dayandırılması barədə qərar çıxarılıb. Növbəti mərhələdə isə Moskva Ermənistanın “nefti” sayılan Cermuk mineral suyunun ixracı ilə bağlı da analoji qərarın veriləcəyi gözlənilir. Yəni Putin öz “putinliyini” Ermənistana göstərəcək. İnanmıram ki, Ermənistan vətəndaşı olmayan və Rusiyada yaşayan ermənilər seçkidə səs verə bilsin”.
İsmayıl Tanrıverdi qeyd edib ki, Ermənistanın Sünik və Gümrü vilayətində seçicilərin əksəriyyəti Nikol Paşinyana səs verməkdən imtina edib. Amma İrəvan şəhəri və regionlarda aparılan rəy sorğularından məlum olur ki, Paşinyanın reputasiyası daha güclüdür:
“Məncə, “Vətəndaş Müqaviləsi” partiyası bu seçkilərdə səslərin ən az 30-40 faizini toplayacaq. Doğrudur, əvvəlcədən proqnoz vermək niyyətində deyiləm, amma Baş nazirin Anna Akopyanla gizli şəkildə boşanması və bu digər nüanslar Ermənistan Paşinyanın reytinqinə ciddi zərbə vurdu.
Mərkəz rəhbəri seçki prosesində kilsənin təsirini də xüsusi vurğulayıb:
“Paşinyan kilsəyə qarşı mübarizəsini nisbətən dayandırıb. Erməni din xadimləri də yaranan vəziyyətdən istifadə edir. Onların arasında Paşinyanı dəstəkləyən nüfuzlu keşişlər var. Baş nazir açıq şəkildə bildirib ki, seçkilərdən sonra özünə müxalif olan kilsə nümayəndələrinə qarşı mübarizəyə davam edəcək”.
“Məncə, seçkilərin nəticəsinin Azərbaycanla sülh prosesinə heç bir ciddi təsiri ola bilməz. Çünki bu, “dəmir yumruğ”un” işə düşməsi ilə nəticələnə bilər. Ermənilərin özləri də bunu çox yaxşı anlayır”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
35 dəfə oxundu










