Süni intellektlə yaradılan əsərlərin müəllifi kim sayılır?

Süni intellektlə yaradılan əsərlərin müəllifi kim sayılır?Süni intellektin yaratdığı mətn, şəkil və digər əsərlərin müəllif hüquqları ilə qorunub-qorunmaması müzakirə olunur.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, süni intellekt tərəfindən yaradılan əsərlərin hüquqi statusu bir sıra məhkəmə işlərinin mərkəzinə çevrilib.
Məlumata görə, ABŞ-də diqqət çəkən işlərdən biri “DABUS” adlı süni intellekt sistemi ilə bağlıdır. Sistem tərəfindən yaradıldığı iddia edilən bəzi ixtiraların patent və müəlliflik qeydiyyatına alınması rədd edilib. Məhkəmələr qərarında bildirib ki, mövcud hüquqi çərçivəyə əsasən ixtiraçı və müəllif yalnız insan ola bilər.
Hazırda məhkəmələr bu sərhədi müəyyən etməyə çalışır. Nə qədər insan müdaxiləsi olduqda bir əsər insan yaradıcılığı sayılır?
Müxtəlif ölkələr fərqli yanaşma tətbiq edir. Məsələn, Böyük Britaniyada müəyyən hallarda süni intellektlə yaradılan əsərlərə müəlliflik hüququ verilə bilər.
Bu hüquqi və texnoloji mübahisələrin başlanğıcı isə illər əvvəl İndoneziya cəngəlliyində baş verən qeyri-adi hadisəyə gedib çıxır.
Xatırladaq ki, 2011-ci ildə fotoqraf David Slater nəsli tükənməkdə olan kəkilli qara makakaları çəkərkən kameranı ştativ üzərinə yerləşdirib. Meymunlardan birinin kameranın düyməsini basması nəticəsində “selfi” xarakterli görüntü yaranıb.
Foto sosial şəbəkələrdə yayıldıqdan sonra müəlliflik hüququ ilə bağlı mübahisə yaranıb. Slater görüntünün ona aid olduğunu və maddi zərər gördüyünü iddia edib. Lakin “Wikimedia” fotonu ictimai mülkiyyət kimi təqdim edərək platformadan silməkdən imtina edib. ABŞ Müəllif Hüquqları Ofisi isə qeyri-insan tərəfindən yaradılan əsərlərin müəllif hüququ ilə qorunmadığını açıqlayıb.
Daha sonra PETA təşkilatı meymun adından məhkəməyə müraciət edərək fotodan əldə olunan gəlirlərin heyvana məxsus olduğunu iddia edib. Məhkəmə isə bu iddianı rədd edərək heyvanların hüquqi subyekt kimi çıxış edə bilmədiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...