Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN
Axar.az xəbər verir ki, bu barədə CNN-in Ukrayna hərbçiləri, analitiklər və rəsmilərlə söhbətlərinə əsaslanan materialında bildirilib.
Ukraynanın pilotsuz sistemlər bölməsi “Lazar Qrup”un Zaporojye yaxınlığında döyüşən zabiti Kirill Bondarenko nəşrə cəbhədə əhval-ruhiyyənin nəzərəçarpacaq dərəcədə dəyişdiyini deyib:
“Biz ön xətdə rus qoşunlarının əhvalının necə dəyişdiyini görə və hiss edə bilirik. Onlar yorulublar. Biz hadisələrin gedişatını dəyişə bildik”.
ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (İSV) məlumatına görə, apreldə Ukrayna həqiqətən də Rusiyanın ələ keçirə bildiyindən daha çox ərazi azad edib.
Məqalədə qeyd olunur ki, bu, Ukraynanın 2024-cü ilin avqustunda Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatdan sonra ilk dəfə baş verib.
Jurnalistlər bildirirlər ki, söhbət hələlik kiçik ərazi dəyişikliklərindən gedir, lakin tendensiyanın özü Rusiya Prezidenti Vladimir Putin üçün problemdir. Çünki o, illərdir həm rusları, həm də beynəlxalq auditoriyanı Rusiyanın qələbəsinin qaçılmaz olduğuna inandırmağa çalışır.
5 dəfə oxundu














