Abbas Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib

Abbas Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edibKüveytin Hərbi Dəniz Qüvvələri Fars körfəzində İrana aid gəmiyə hücum edib.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Küveyt nifaq salmaq üçün açıq-aşkar bir cəhdlə Fars körfəzində qanunsuz olaraq İran gəmisinə hücum edib, dörd vətəndaşımızı saxlayıb", - o bildirib və əlavə edib ki, bu, ABŞ tərəfindən İrana hücum etmək üçün istifadə edilən adanın yaxınlığında baş verib:

"Biz vətəndaşlarımızın dərhal azad edilməsini tələb edir və cavab vermək hüququmuzu özümüzdə saxlayırıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...