"Sabah" kubokun qalibi oldu
"Report" xəbər verir ki, finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.
Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv erkən qolla geriyə düşüblər. 4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıblar.
Qeyd edək ki, bu, "Sabah"ın tarixində qazandığı ilk Azərbaycan Kuboku olub.
21:52
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda üçüncü qol vurulub.
"Report" xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən matçda "bayquşlar" hesabda irə çıxıblar - 2:1.
90+1-ci dəqiqədə Coy Lens Mikels dəqiq zərbə müəllifi olub
21:32
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci qol vurulub.
"Report" xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən matçda "bayquşlar" hesaba tarazlıq gətiriblər - 1:1.
70-ci dəqiqədə Patrik Mbina dəqiq zərbə müəllifi olub.
21:07
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən qarşılaşmada "qartallar"ın 1:0 hesablı üstünlüyü davam edir.
Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.
20:47
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, "qartallar" "Palms Sports Arena"dakı qarşılaşmada fasiləyə 1:0 hesabı ilə öndə yollanıblar.
4-cü dəqiqədə Eren Aydın fərqlənib.
20:05
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda hesab açılıb.
"Report" xəbər verir ki, "Palms Sports Arena"da "qartallar" hesabda irəli çıxıblar.
4-cü dəqiqədə Eren Aydın fərqlənib.
19:59
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyunu başlayıb.
"Report" xəbər verir ki, qarşılaşma "Palms Sports Arena"da keçirilir.
Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.
9 dəfə oxundu












