TƏCİLİ: Bu halda pensiya ödənişləriniz dayandırılacaq
Bəs şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi pensiya və sosial müavinətlərin kəsilməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, pensiya və sosial ödənişlərin verilməsi vətəndaşın şəxsiyyətinin təsdiqlənməsi və məlumatlarının dövlət reyestr sistemlərində aktiv görünməsi ilə bağlıdır.
Onun sözlərinə görə, pensiya ödənişi zamanı bank sistemlərində şəxsiyyəti təsdiq edən sənəd etibarsız kimi göründükdə, ödəniş avtomatik şəkildə dayandırıla bilər:
“Əgər şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, bank və dövlət sistemlərində vətəndaşın kimliyi təsdiqlənməmiş kimi görünür. Belə halda bank üzərindən ödənişlərin həyata keçirilməsi mümkün olmur və sistem pensiya ödənişini müvəqqəti dayandırır.
Vətəndaş yeni şəxsiyyət vəsiqəsi əldə etdikdən sonra dayandırılmış pensiya ödənişləri yenidən bərpa olunur və ödənilməmiş məbləğlər vətəndaşın hesabına köçürülür.
Bəzi dövlət qurumlarında şəxsiyyət vəsiqəsinin müddəti bitsə belə, FİN kod vasitəsilə müəyyən əməliyyatlar aparmaq mümkündür. Çünki şəxsiyyət vəsiqəsi dəyişdirilsə də, FİN kod dəyişmir. Lakin pensiya sistemində bank əməliyyatları avtomatik nəzarətdə olduğundan, şəxsiyyət təsdiqlənmədikdə ödənişlər bloklanır”.
Ekspert vətəndaşlara şəxsiyyət vəsiqəsinin müddəti başa çatdıqdan sonra qanunvericilikdə nəzərdə tutulan müddətdə onu yeniləməyi tövsiyə edib.
Məsələ ilə bağlı DSMF-dən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin başa çatması pensiya və sosial ödənişlərin dayandırılmasına səbəb ola bilər.
6 dəfə oxundu












