Tramp bu il Rusiyaya gedə bilər

  Tramp bu il Rusiyaya gedə bilərABŞ Prezidenti Donald Tramp bu il Rusiyaya səfər edə biləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu açıqlamanı Çinə yola düşməzdən əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərlə söhbəti zamanı TASS-ın sualını cavablandırarkən verib.
“Bu, baş verə bilər. Ukraynada nizamlanmaya nail olmaq üçün lazım olan hər şeyi edəcəyəm. Və düşünürəm ki, Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq”, - Amerika lideri bildirib.
O, əlavə edib ki, artıq səkkiz münaqişənin həllinə nail olub:
“Ukraynada nizamlanma daha da yaxınlaşır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...