Yanğın Elnur Allahverdiyevə məxsus “Kontakt Home”un anbarından başlayıb

Yanğın Elnur Allahverdiyevə məxsus “Kontakt Home”un anbarından başlayıbBakının Qaradağ rayonunda yerləşən anbarda baş verən güclü yanğının “Kontakt Home” şirkətinə məxsus anbardan başladığı bildirilir.

Bizimesr.com xəbər verir ki, hadisə gecə saatlarında Lökbatan qəsəbəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, yanğın baş verən anbarda əsasən məişət texnikaları – paltaryuyan maşınlar və soyuducular saxlanılıb.

Məlumata görə, yanğın nəticəsində anbarda olan məhsullara ciddi ziyan dəyib. İlkin hesablamalara əsasən, yanan əmlakın dəyərinin təxminən 3 milyon manat olduğu bildirilir.

Əraziyə dərhal FHN-in yanğınsöndürmə briqadaları cəlb olunub.

Qeyd edək ki, “Kontakt Home” şirkətinin sahibi sabiq deputat Elnur Allahverdiyevdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
8 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...