Əli İsa Cabbarov sədr seçilib? - Qalmaqallı toplantı

Əli İsa Cabbarov sədr seçilib? -  “Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) hesabat-seçki konfransında iştirak etdim. Üzvü olduğum bu təşkilatın Rasim Balayevin vəfatından sonra ilk geniş toplantısında digər məsələlərin müzakirəsi ilə yanaşı yeni sədr də seçilməli idi. AKİ İdarə Heyətinin qərarına görə sədrliyə 2 namizəd irəli sürülmüşdü. Xalq artisti Şəfiqə Məmmədova və təşkilatın icraçı katibi Əli İsa Cabbarov. Lakin Şəfiqə xanım və onu dəstəkləyən tərəfdarları dünəndən 2-ci namizədə etiraz edərək bəyanat yaymış və konfransı boykot etmişlər. Bu barədə toplantıya məlumat verildi və həm də bildirildi ki, məlum səbəbdən sədr seçkisi keçirmək üçün kvorum alınmır.

Pravda.az-ın xəbərinə görə, bu barədə tanınmış jurnalist Qulu Məhərrəmli məlumat verib.

O bildirib ki, toplantıda iştirak edən 160-dan çox nümayəndənin təkidi ilə seçki keçirilib və Əli İsa Cabbarov bu posta təsdiq olunub.

Baş verənlər göstərir ki, təşkilat parçalanacaq.

Qeyd: Ə.İ.Cabbarovla bağlı fikirlər birmənalı deyil. Aktyor Rza Rzayev (Drakon) bildirmişdi ki, AKİ-nin sədri Əli İsa Cabbarov olacaqsa, Prezident seçkilərində “Milyarderlər İttifaqı”nın namizədi kimi çıxış edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...