Ukrayna dronları "Şahed"lərin buraxıldığı Rusiya aerodromunu vurdu

Ukrayna dronları "Şahed"lərin buraxıldığı Rusiya aerodromunu vurdu

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri digər Müdafiə Qüvvələri ilə birlikdə 6 fevral gecəsi Rusiyanın Krasnodar diyarında yerləşən "Primorsko-Axtarski" aerodromuna zərbə endirib.

Qaynarinfo xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb.

Məqsədə dəqiq zərbə endirildiyi və partlayışlar olduğu təsdiqlənib. Yanğın baş verib. Zərbənin nəticələri dəqiqləşdirilir, - məlumatda deyilir.

Bildirilir ki, işğalçılar bu aerodromdan Ukrayna ərazisinə "Şahed" tipli PUA-ların saxlanması, hazırlanması və buraxılması üçün, eləcə də Zaporojye və Xerson vilayətlərində tapşırıqları yerinə yetirən aviasiya texnikasının xidmət göstərilməsi üçün istifadə edirlər.

Baş Qərargah vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü və mülki əhaliyə qarşı terroru təmin edən obyektlərə zərbələr davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...