"ABŞ hökuməti tərəfindən maliyyələşmirik" - “Politico”nun baş direktoru
“Politico” qəzetinin baş direktoru və baş redaktoru Qoli Şeyxoleslami və Con Harris qəzetin guya Amerika hakimiyyəti tərəfindən maliyyələşdirilməsi barədə xüsusilə ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi ittihamları rədd ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, nəşrin rəhbərlərinin birgə bəyanatı qəzetin saytında dərc edilib.
"Bizə abunə olan hökumət agentlikləri bunu standart dövlət satınalma proseduru çərçivəsində edirlər. Bu, maliyyələşdirmə deyil. Bu, hökumətin tədqiqat, avadanlıq, proqram təminatı, hesabatlar sifariş etdiyi hallarda olduğu kimi, biznes sövdələşməsidir. Bəzi insanlar onlayn platformalarda qəsdən yalan məlumat yayırlar", - bəyanatda bildirilib.
Onlar həmçinin izah ediblər ki, bu, adi abunə deyil. Hökumət agentlikləri qəzetin “Politico Pro” xidmətinə abunə olublar. "Bu, şirkətlər, təşkilatlar və bəzi hökumət agentliklərinin istifadə etdiyi ixtisaslaşmış abunədir. Bu, onlara öz işlərini daha yaxşı yerinə yetirməyə - siyasət, qanunvericilik və tənzimləmədəki dəyişiklikləri real vaxt rejimində izləməyə, xəbərlər, təhlillər və məlumatlar əldə etməyə kömək edir", - nəşrin rəhbərləri qeyd ediblər.
Onlar həmçinin əlavə ediblər ki, redaksiya öz prinsip və dəyərlərinə sadiq qalır və işini davam etdirmək niyyətindədir.
38 dəfə oxundu