Rusiya Hüseyn Həsənovun şirkətinin hesablarını blokladı

Rusiya Hüseyn Həsənovun şirkətinin hesablarını blokladı
Rusiyanın Federal Vergi Xidməti (FTX) azərbaycanlı bloger Hüseyn Həsənova məxsus “Banda Foods” şirkətinin hesablarını bloklayıb.

Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, buna səbəb vergilərin ödənilməməsidir.

Qeyd edək ki, videobloger bu şirkəti 2023-cü ildə açıb.

Xatırladaq ki, Hüseyn Həsənov Rusiyanın ən məşhur videoblogeri sayılır.

O, 5 iyun 1994-cü ildə Sankt-Peterburqda anadan olub. Sankt-Peterburq Dövlət İqtisad Universitetində təhsil alıb. Təhsil aldığı müddətdə KVN-də çıxış edib. Bundan sonra Hüseyn Həsənov “İnstaqram” üçün videoçarxlar çəkməyə və bloqunu davam etdirməyə başlayıb.

O, paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və GG kişi geyimi markası var.

Hazırda Hüseyn Həsənovu “İnstagram”da izləyənlərin sayı 30 milyondan çoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
68 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...