Ukrayna Poroşenkonu həbs etməyə hazırlaşır

Ukrayna Poroşenkonu həbs etməyə hazırlaşır
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun evinin yaxınlığında növbətçilik edərək, onu dövlətə xəyanət ittihamı ilə həbs etməyə hazırlaşırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.
Məlumatda bu cür hərəkətləri konkret olaraq hansı strukturun həyata keçirdiyi göstərilməyib.
Digər tərəfdən, Poroşenko bir gün əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ona qarşı sanksiyalar tətbiq etdiyini bildirib. O, eyni zamanda Dövlət İstintaq Bürosuna bir dəfəyə 15 çağırış vərəqəsi verildiyini və bununla da fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirakına qadağa qoyulduğunu əlavə edib.
Onun rəhbərlik etdiyi “Avropa Həmrəyliyi” partiyasının mətbuat xidməti də hökumətin Poroşenkonun parlament fəaliyyətinə məhdudiyyətlər qoymaq planları barədə məlumat yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...