Trampın bir cümləsi bitkoin bazarını çalxaladı – qiymətlər kəskin düşdü
ABŞ prezidenti Donald Trampın kriptovalyuta sammitində bitkoinlə bağlı söylədiyi bir cümlə bazarda kəskin dalğalanmaya səbəb olub.
Musavat.com xəbər verir ki, Tramp çıxışı zamanı bitkoinlə bağlı fikirlərini belə ifadə edib:
“Bu gündən etibarən Amerika hər bir bitkoin sahibinə yaxşı məlum olan bir qaydaya riayət edəcək. Heç vaxt bitkoininizi satmayın. Onlar bu ifadədən istifadə edirlər. Bunun doğru olub-olmadığını bilmirəm. Axı, kim, lənətə gəlsin, bunun düzgün olub-olmadığını bilir?”
Bu açıqlamadan dərhal sonra, Reuters-in məlumatına görə, bitkoinin qiyməti 2,64% düşərək $87 111-a enib.
Trampın qeyri-müəyyən və ehtiyatlı tonu bazar iştirakçıları arasında çaşqınlıq yaradıb. İnvestorlar və treyderlər prezidentin bitkoinlə bağlı gələcək siyasətinə dair daha konkret siqnallar gözləyir.
Bu, Trampın kriptovalyuta bazarına ilk təsiri deyil. Onun administrasiyasının rəqəmsal aktivlərin tənzimlənməsi ilə bağlı yeni strategiyası investorların diqqət mərkəzindədir və gələcəkdə bazarda daha böyük dalğalanmalara səbəb ola bilər.
219 dəfə oxundu