Tramp: Ərdoğanla Ukrayna müharibəsini bitirmək istəyirəm

Tramp: Ərdoğanla Ukrayna müharibəsini bitirmək istəyirəm


ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya və Ukrayna arasında gedən müharibənin dayandırılması üçün birgə işləmək niyyətində olduğunu bəyan edib.

Tribunainfo.az xəbər verir ki, O, bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxşı və məhsuldar telefon danışığımız oldu. Danışıq zamanı Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza zolağı və digər mövzular müzakirə olundu. Mən Rusiya ilə Ukrayna arasındakı bu mənasız, lakin ölümcül müharibəyə son qoymaq üçün Prezident Ərdoğanla birgə işə başlamağı səbirsizliklə gözləyirəm”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Ərdoğan onu gələcəkdə Türkiyəyə səfərə dəvət edib. Tramp həmçinin Türkiyə Prezidentinin yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini təsdiqləyib.

“Dördillik prezidentliyim dövründə Ərdoğanla münasibətlərim mükəmməl olub. Biz bir çox məsələ üzrə yaxından əməkdaşlıq etmişik. O cümlədən, mənim xahişimlə həbsdə olan pastor Endryu Bransonu dərhal ABŞ-a qaytardı”, – deyə Tramp qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...