“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski

“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” -
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyədə ancaq şəxsən Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

Zelenski ABŞ Prezidenti Donald Trampın sözügedən görüşün keçirilməsinə cavab olaraq deyib:

“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar”.

Eyni zamanda, Zelenski bəyan edib ki, Ukrayna mayın 12-dən əvvəllər təklif edilən tam atəşkəs rejimini gözləyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...